Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Həbsxanada ürəyimdən bıçaqlandım” - Doğuş

“Həbsxanada ürəyimdən bıçaqlandım” - Doğuş

Tarix: 31 Oktyabr 2020 13:35

Türkiyəli müğənni Doğuş "Youtube"da yayımlanan "Katarsis" proqramında qonaq olub.

Sonxeber.net mediapost-a istinadla xəbər verir ki, o, uşaq evindən qaçıb küçələrdə yaşadığı dönəmlərdəki peşmanlığını belə dilə gətirib:

"Ailəmdə tapmadığım sevgini küçələrdə tapdığımı düşünürdüm. Küçələrdəki dostlarımı qardaşım sandım, amma çox keçmədi ki, bunun bir xəta olduğunu anladım. Həmin illərdə küçələrdə çox pis hadisələr yaşadım".

İfaçı həbxsana girməsindən də söz açıb:

"Oğurluq edərək pul qazanmağa çalışırdıq. Corab oğurladığımız üçün 14 yaşında həbsxanaya düşdüm. Orada mənə təcavüz etməsinlər deyə dava saldım, ürəyimdən bıçaqlandım".

Qeyd edək ki, Doğuş aparıcı Xoşqədəm Hidayətqızı ilə evlidir. Cütlüyün Arda və Arın adlı əkizləri var.


Etiketlər:  Həbsxanada ürəyimdən bıçaqlandım Doğuş


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ