Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2020 18:39
ABŞ vətəndaşı olan hüquq müdafiəçisi Sara Elizabet Dill Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri ortaya çıxardığı üçün ABŞ-dakı ermənilər tərəfindən təhdid olunduğunu bildirib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, amerikalı hüquq müdafiəçisi bu barədə öz tvitter hesabında məlumat yayıb. "Artıq ofisimə ermənilərdən təhdid dolu zənglərin gəlməsi həqiqətən təəccüblüdür. Üstəlik də nifrət dolu sözlərlə. Karyeramda heç vaxt buna rast gəlməmişəm və insan haqları vəkilini qorxutmaq məqsədilə insanların cinayətkar davranışa üz tutması narahatedicidir", - Elizabet Dill qeyd edib.
Təhdidlərə səbəb isə xanım hüquq müdafiəçinin keçmiş paylaşımlarında xüsusilə BMT qətnamələrini sitat gətirərək Dağlıq Qarabağ münaqişəsində həqiqətləri üzə çıxarması və Azərbaycanın mövqeyini müdafiə etməsi olub. Belə ki, paylaşımların birində Elizabet Dill Prezidentliyə namizəd Co Baydenin Dağlıq Qarbağla bağlı qərəzli mövqeyini tənqid edərək bildirib: "Mən hələ səs verməmişəm. Dağlıq Qarabağ haqqında qərəzli və əslində qeyri-dəqiq ifadəniz məni xarici siyasət qabiliyyətinizdən və beynəlxalq hüquqa hörmətsizliyinizdən dolayı narahat edir. Bu ərazi BMT tərəfindən (Azərbaycan ərazisi olaraq) qanuni tanınır və 4 qətnamədə Ermənistanın ordusunu çıxarılması tələb olunur".
Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Co Bayden, ABŞ rəhbərliyini Azərbaycan qoşunlarının Dağlıq Qarabağa irəliləməsini dayandırmağa, Maddə 907-ni tətbiq etməyə və Azərbaycana hərbi texnika tədarükünə son qoymağa çağırmışdı.