Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Artıq çəkili şəxslər xəstəliyi daha ağır keçirir

Artıq çəkili şəxslər xəstəliyi daha ağır keçirir

Tarix: 31 Oktyabr 2020 23:21

Artıq çəkili şəxslərin, piylənmədən əziyyət çəkənlərin koronavirusla bağlı risk qrupuna daxil olduqları dəfələrlə bəyan olunub. Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı daha bir məlumat yayıb. ÜST-ün Avropa bürosunun açıqladığı məlumatda bildirilir ki, piylənmə, artıq çəki koronavirusun ağırlaşması, ölüm hallarının baş verməsinin əsas səbəblərindən biridir.

Qeyd olunub ki, aparılan araşdırmalar artıq çəkili şəxslərin xəstəliyi ağır keçirdiklərini göstərir. Məhz bu şəxslər daha çox reanimasiyaya düşür, süni tənəffüs aparatına qoşulurlar.

ÜST-ün məlumatına görə, dünyada 2 milyarddan çox insan artıq çəkilidir. Bu isə oturaq həyat tərzi, aşağı fiziki aktivlik, çox duz, şəkər qəbulu, yağlı qidalardan çox istifadə ilə əlaqləndirilir.

ÜST dünyanın yoluxucu xəstəliklərə yoluxma zamanı ağır nəticələrə səbəb ola biləcək piylənmə pandemiyası ilə qarşılaşacağından narahatlığını bəyan edib. Qeyd olunub ki, piylənmə həmçinin ürək-damar xəstəlikləri, xərçəng və şəkərli diabetin inkişafı riskini artırır.


Etiketlər:  Artıq çəkili şəxslər xəstəliyi daha ağır keçirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ