Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2020 14:33
Azərbaycan güclü dövlət olduğunu bütün dünyaya göstərdi
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
Mövlud Çavuşoğlu bildirib:
"Bütün bu üstünlüyə - həm döyüş meydanındakı üstünlüyə, həm hüquqi üstünlüyə, həm də haqlı olmağımıza baxmayaraq, atəşkəs məsələsində və danışıqlarda da özünə güvənən bir dövlət və millət kimi Sizin liderliyinizlə Azərbaycan güclü dövlət olduğunu bütün dünyaya göstərdi. Bunu anlayan var, anlamayan var, anlamaq istəməyən var.
Ermənistanın da nə etdiyini və atəşkəsi hər dəfə pozduğunu hər kəs görür. Amma bunu söyləmək istəməyən çoxdur, biz bunu bilirik. Bu səbəbdən də biz öz aramızdakı həmrəyliyi daha da gücləndirərək haqqımızı müdafiə etməkdə davam edəcəyik".