Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtirdiyimiz torpaqları indi oğullarımız geri qaytarır - Suqovuşana bayrağımızı sancan əsgərin atası - VİDEO

İtirdiyimiz torpaqları indi oğullarımız geri qaytarır - Suqovuşana bayrağımızı sancan əsgərin atası - VİDEO

Tarix: 2 Noyabr 2020 12:20

İtirdiyimiz torpaqları indi oğullarımız geri qaytarır. Sanki bizim alnımıza vurulan o damğanı yuyurlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu AZTV-nin videoreportajında Suqovuşana bayrağımızı sancan əsgərin İlkin Fərzəliyevin atası Azad Fərzəliyev deyib.

Azad Fərzəliyev bildirib ki, oğlumla danışanda təkcə bunu dedim: "O bayrağı sanc, İlkin, amma xahiş edirəm, sağ qal, şəhid yoldaşlarının qanını yerdə qoyma!

İtirdiyimiz torpaqları indi oğullarımız geri qaytarır. Sanki bizim alnımıza vurulan o damğanı yuyurlar. İlkin gedəndə məndən halallıq istədi. Ona dedim ki, sənin üçün nə etmişəm ki, nə də halal edim?! Nə etmisənsə, bizim üçün sən etmisən. Hətta müharibənin ilk günlərində mən onun şəhid olması xəbərini də eşitdim, amma içimdəki atalıq hissi mənə dedi ki, oğlum sağdır"

Milli.Az


Etiketlər:  İtirdiyimiz torpaqları indi oğullarımız geri qaytarır Suqovuşana bayrağımızı sancan əsgərin atası VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ