Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2020 14:20
"Yuventus"un futbolçusu Kriştianu Ronaldu A Seriyasının 6-cı turunda "Speziya" ilə matçdan (4:1) sonra durumu haqda danışıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, koronavirusdan sağaldıqdan sonra ilk oyununa çıxaraq, dubl edən 35 yaşlı hücumçu özünü yaxşı hiss etidiyini deyib:
"Durumum stabildir. Xəstəlik simptomum yoxdur və özümü yaxşı hiss edirəm. Nəticədə bu gün sevdiyim işi görməyə - futbol oynamağa geri qayıtdım. A Seriyası çətin bir çempionatdır. "Milan" möhtəşəm işlər görür. "Latsio" və "Napoli"də yaxşı çıxış edir. Çox sıx işləməliyik. Kriştianu geri qayıtdı. Ən vacibi də budur".
Qeyd edək ki, Ronaldu 2018-ci ildən Turin klubunda çıxış edir. O, bu müddət ərzində iştirak etdiyi 92 rəsmi oyunda 70 qol vurub.