Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2020 17:54
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın növbəti döyüş təyyarəsinin "vurulması" barədə xəbər dezinformasiyadır. Nə qədər gülməli səslənsə də Ermənistan tərəfinin məlumatlarına inanaraq döyüş əməliyyatları başlayan gündən indiyədək "vurulan" təyyarələrin sayını hesablasaq, artıq Azərbaycan HHQ-nin aviabazalarında bir dənə də olsun uçuş aparatı qalmamalı idi.
Sonxeber.net xəbər verir ki, bunlar Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.
Vurğulanıb ki, Azərbaycan HHQ-nin bütün döyüş aviasiya vasitələri bu gün heç bir uçuş həyata keçirməyib, tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir.