Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Huawei özünün prosessor istehsalı zavodunu işə salacaq

Huawei özünün prosessor istehsalı zavodunu işə salacaq

Tarix: 3 Noyabr 2020 08:36

Çinin Huawei şirkəti ABŞ sanksiyalarına cavab olaraq özünün mikrosxem istehsalı üzrə zavodunu işə salmağı planlaşdırır. Məlumata əsasən şirkətin zavodunda istehsal prosesi zamanı ABŞ texnologiyalarından istifadə olunmayacaq. Bu barədə Financial Times saytı xəbər verib. Məlumatda qeyd edilib ki, şirkət öz zavodunu Şanxayda işə salacaq. Gözləntilərə əsasən zavodda ilk öncə 45 nanometrlik prosessorların istehsalı üzrə təcrübələr aparılacaq. Bütün dünyada bu texnologiyadan artıq 15 ildir ki, istifadə olunur. Şirkət həmçinin 2021-ci ilin sonuna kimi daha təkmilləşdirilmiş 28 nanometrlik prosessorların istehsalını da planlaşdırır.

Daha 1 ildən sonra isə şirkət 20 nanometrlik prosessorların istehsalına start verəcək və onları artıq 5G dəstəkli bir çox cihazlarda istifadə etmək mümkün olacaq. Zavodun yaradılmasının əsas məqsədi lazımi komponentlərin lazımi sayda istehsalı və Huawei şirkətinin ABŞ-dan olan prosessor istehsalçılarından asılılığının aradan qalxmasıdır. Qeyd etmək lazımdır ki, keçən ilin may ayında ABŞ hökuməti Huawei şirkətini qara siyahıya daxil etmişdi. Nəticədə Huawei ABŞ-ın bir çox yerli şirkətləri ilə əməkdaşlıqdan məhrum oldu. Bu ilin sentyabr ayında isə o özünün Kirin prosessorlarından məhrum olmuşdu. Belə ki, Kirin prosessorlarının istehsalı ilə TSMC şirkəti məşğul olurdu və həmin prosessorların istehsalında ABŞ texnologiyalarından istifadə olunurdu

Milli.Az


Etiketlər:  Huawei özünün prosessor istehsalı zavodunu işə salacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ