Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun əllərə və ayaqlara təsiri - FOTO

Koronavirusun əllərə və ayaqlara təsiri - FOTO

Tarix: 4 Noyabr 2020 05:33

Həkimlərin sözlərinə görə, koronavirus infeksiyası xəstələrin əl-ayaq barmaqlarına qırmızı və bənövşəyi ləkələr, qabarcıqlar sala bilər.

Sonxeber.net xəbər verir ki, bu barədə "Huffington Post" məqalə yayımlayıb.

Pandemiyadan əvvəl bu cür hallar donma nəticəsi olaraq qəbul edilirdi. Ancaq COVID-19 xəstələrinin sayının artması, həm də isti vaxtlarda daha çox insanın belə bir simptomdan şikayət etməsi həkimləri səfərbər edib. Tədqiqatçılar koronavirus xəstələri arasında barmaqlarında qırmızı və bənövşəyi qabarcıqlar yaranan 12 000 adam qeydə alıb. Xəstələr bu şişlərin ağrıdığını, ancaq ümumiyyətlə qaşınmadığını və qırmızılıq yox olduqdan sonra dərinin üst qatlarının soyulduğunu söyləyib.

Maraqlıdır ki, xəstələrin COVID-19 testlərinin cavabları mənfi olsa da, virus endotelial hüceyrələrdə və tər vəzlərində tapılıb. Beynəlxalq Dermatoloji Cəmiyyətlər Liqası və Amerika Dermatoloji Akademiyası qabarcıq və rəng dəyişməsinin 15 gün davam edə biləcəyini, ancaq bəzən 130-150 günə qədər qaldığını qeyd edib.

Tədqiqatçıların sözlərinə görə, bu əlamət xüsusən də simptomları olmayan xəstələrdə koronavirusu aşkar etmək üçün əsas ola bilər. (publika.az)


Etiketlər:  Koronavirusun əllərə ayaqlara təsiri FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ