Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2020 12:12
Bakı. Trend:
Ermənistan prezidenti Rusiyanın "RBK" telekanalına müsahibəsində faktları saxtalaşdırıb.
Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeva öz "Twitter" səhifəsində yazıb.
O bildirib ki, erməni prezidenti Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixi, demoqrafiyası, iqtisadi vəziyyəti barədə yalan danışıb:
"Onun sözlərinə görə, 1980-ci illərin sonlarında Azərbaycanı 1 milyondan çox erməni tərk edib. Fakt isə ondan ibarətdir ki, 1989-cu ildə keçirilmiş siyahıyaalmaya əsasən, Azərbaycanda 390 505 erməni yaşayıb".