Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək şahmatçılar bəlli oldu

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək şahmatçılar bəlli oldu

Tarix: 5 Iyul 2019 19:44

Bakı. Trend:

Azərbaycanı şahmat üzrə Dünya Kubokunda təmsil edəcək qrossmeysterlər müəyyənləşib.

Trend-in məlumatına görə, reytinqə əsasən, ölkəni Şəhriyar Məmmədyarovla (2765 xal, 8-ci yer) Teymur Rəcəbov (2759 xal, 13-cü yer) təmsil edəcəklər.

Arkadi Naydiç (2681 xal, 62-ci yer) isə ehtiyat oyunçu kimi göstərilib.

Qeyd edək ki, Dünya Kuboku 9 sentyabr – 4 oktyabrda Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək. Turnirdə 128 şahmatçı iştirak edəcək. Ən yaxşı nəticəyə imza atacaq iki qrossmeyster 2020-ci il dünya çempionu titulu uğrunda İddiaçılar Turnirinə qatılmaq hüququ əldə edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanı Dünya Kubokunda təmsil edəcək şahmatçılar bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ