Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2020 14:24
27 sentyabrdan Ermənistan təxribatları ilə başlayan döyüşlər ölkə iqtisadiyyatında tənəzzülü daha da dərinləşdirib.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
V.Bayramov bildirib ki, Ermənistan bütövlükdə savaşa tənəzzülə uğramış iqtisadiyyatla başladı:
"2020-ci ilin birinci yarısında Ermənistan iqtisadiyyatında 5.8 faiz azalma qeydə alındı və bu ilin ikinci yarısında da azalma tempi davam etdi. Eyni zamanda savaş başladıqdan sonra Ermənistan iqtisadiyyatındakı problemlər dərinləşməyə başladı.
Əvvəla savaşın ilk ayında Azərbaycan ordusunun məhv etdiyi Ermənistan hərbi texnikası və silah sursatının, eləcə də hərbi qənimət kimi götürdüyü texnikanın ümumi dəyəri 2.7 milyard dollardır. Bu məbləğ Ermənistanın illik büdcəsindən çoxdur. Son 1 həfə ərzində də Ermənistanın hərbi texnikasının və silah-surasatının məhv edilməsi və hərbi qənimət kimi götürülməsi davam edib. Bunu da nəzərə alsaq, bütövlükdə müharibə başalayanda etibarən Azərbaycan ordusu Ermənistana 3 milyard dollardan artıq ziyan vurub.
Eyni zamanda Ermənistan həm də regionun ən çox xarici borcu olan ölkəsidir. Ermənistanın xarici borcu 8 milyard dollardan artıqdır ki, bu da ölkənin ümumi daxili məhsulunun 70 faizindən çoxunu təşkil edir. 2 milyard dollara qədər rezervləri olan ölkə üçün 8 milyarddan çox xarici borcun olması ciddi neqativ iqtisadi nəticələrə gətirib çıxaracaq.
İki həftə öncə Ermənistan parlamenti 2020-ci ilin dövlət büdcəsinə dəyişikliyin edilməsi ilə bağlı sənəd qəbul etdi və Ermənistanın borclanma limitinin artırılması həyata keçirildi. Bu da ondan xəbər verir ki, növbəti dövrlərdə də Ermənistanın xarici borclanması davam edəcək.
Digər tərəfdən beynəlxalq qiymətləndirmə şirkətləri Ermənistanın kredit reytinqinin azaldılması ilə bağlı qərar qəbul edib ki, bu da müharibənin Ermənistan iqtisadiyyatına vurduğu ziyanla bağlıdır. Bu baxımdan Ermənistan müharibədən sonra da iqtisdadi tənəzzül davam edəcək və daha da dərinləşəcək".