Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənilərin uşaq bağçasında hərbi toplantı keçirməsi müharibə cinayətidir''

''Ermənilərin uşaq bağçasında hərbi toplantı keçirməsi müharibə cinayətidir''

Tarix: 4 Noyabr 2020 19:39

Qondarma rejimin "prezidenti" Araik Arutyunyanın uşaq bağçasında hərbi qərargahın toplantısını keçirməsi müharibə cinayətidir.

Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov deyib.

O bildirib ki, bu hadisə beynəlxalq konvensiyalara ziddir: "Ermənilər hiyləgərliklə bu üsula əl atırlar. Çünki onlar bilirlər ki, Azərbaycan Silahlı Qüvvələri mülki obyektlərə, xüsusən də uşaq bağçaları, məktəblərə atəş açmır. Araik Arutyunyan da buna görə hiyləgərlik edib təhlükəsizliyinə zəmanət məqsədilə uşaq bağçasında qərargah yaradır. Bu isə birbaşa müharibə cinayətidir".

Ə.Həsənov qeyd edib ki, həmçinin ermənilər doğum evindən də hərbi obyekt kimi istifadə edirlər: "Bununla bağlı videolar da yayılmışdı. Ermənilər doğum evini hərbi hospital kimi istifadə edirlər. Müharibə qaydalarına görə, hərbi hospital kimi istifadə edilən obyektdə mülki şəxslər ola bilməz, bu qadağandır".


Etiketlər:  Ermənilərin uşaq bağçasında hərbi toplantı keçirməsi müharibə cinayətidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ