Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2020 16:27
"Düzənlik yerdə gedən döyüşlə dağlıq, meşəlik ərazidəki şərait başqadır".
Bunu Sonxeber.net-a açıqlamasında Milli Qəhrəman, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev deyib.
Polkovnik bildirib ki, ordumuz qarşısına qoyulan döyüş tapşırığını layiqincə, hətta vaxtından daha tez yerinə yetirir:
"Hazırda ordumuz Qubadlı, Laçın istiqamətində, həmçinin Xocavənd, Şuşa istiqamətində döyüşlər aparır. Bu ərazilər də dağlıq, meşəlik ərazilərdir. Təbii ki, həmin ərazilərdə döyüş aparmaq həddindən artıq çətindir. İstər relyef cəhətdən, istər hava şəraiti cəhətdən, istərsə də ki, düşmənin orada müəyyən istehkamlar qurması cəhətdən. Amma bunlara baxmayaraq tam əminliklə deyə bilərik ki, ordumuz çox yükəsk səviyyədə, peşəkarlıqla bütün bu maneələri keçir.
Hazırda döyüşlərin Xocalı, Laçın Koridoru ətrafında getməsi ondan xəbər verir ki, ordumuz qarşısına qoyulan döyüş tapşırığını layiqincə, hətta vaxtından daha tez yerinə yetirir. Çox güman ki, mən əminəm ki, yenə də xeyli sayda kəndlərimizin, şəhərlərimizin işğaldan azad olunması xəbərini eşidəcəyik.
Yaxın günlərdə şad xəbərlər eşidəcəyik
Bizim Ordumuz düşmən ordusuna nisbətən daha müasir texnologiya ilə təchiz olunub. Bu da bizə imkan yaradır ki, düşmən yüksəklikdə olmasına baxmayaraq həmin o maneələri asanlıqla dəf edə bilək. Əminəm ki, yaxın günlərdə şad xəbərlər eşidəcəyik. Düşmən də demək olar ki, son nəfəsini yaşayır. Düşməndə nizami ordudan söhbət gedə bilməz.
Onların ordu dedikləri terrorçulardan ibarət dəstələrdən, qruplardan ibarətdir. Yerli camaatın gözü qorxub, artıq döyüşmək istəmir, fərrarilik edirlər, yaşlıları gətirirlər alınmır, qadınları göndərirlər. Bu saat da düşüblər bütün ölkələrin canına, yüksək məbləğdə maaş müqabilində terrorçuları, muzdluları ora cəlb edirlər. Amma bu da onlara kömək olmayacaq. Tezliklə Azərbaycan ordusu öz məqsədinə çatacaq".
Təhməz Əsədov