Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2020 16:39
Döyüş meydanında uduzması Ermənistanda xaotik vəziyyət yaradıb.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında hərbi ekspet Ədalət Verdiyev deyib. O bildirib ki, Ermənistan ordusunun hazırda şəxsi heyət və texnika ilə təminatında çox ciddi problemləri mövcuddur:
"Geri çəkilməyə davam edən Ermənistan ordusunun sıralarında hər gün problemlər daha da dərinləşir. Öncə yaşlıları, könüllüləri, qadınları orduya cəlb edən Ermənistan hazırda həbsdə olan ermənilərin orduya göndərilməsinə başlayır. Son günlərdə erməni deputatlar parlamentdəki çıxışlarında Ermənistan ordusuna digər ölkələrdən cəlb edilən muzdluların sayının çox olduğunu təstiqləyir. Əməliyyatların davam etdiyi hər gün Dağlıq Qarabağ ərazisində yüksək rütbəli məmur və komandirlərin məhv edilməsi xəbərləri getdikcə artmaqdadır. Qondarma rejimin "prezidenti" Araik Arutyunyanın sağ olub-olmamasına aid dəqiq məlumatlar yoxdur. Lakin onun mətbuat qarşısında kifayət qədər intensiv çıxışlarını nəzərə alsaq, onun sağlamlığında ciddi problemlərinin olduğu aydın olur. Qondarma qurumun "müdafiə naziri" adlandırılan Cəlal Arutyunyanın da bu gün nəfəs aparatından ayrılacağı barədə məlumat yayılıb. Amma erməni rəsmiləri Cəlal Arutyunyanın yüngül xəsarət aldığını bəyan etmişdilər. Belə bir sual yaranır ki, yüngül xəsarət alan şəxsin nəfəs aparatına qoşulması nə qədər məntiqlidir?"
Hərbi ekspert bildirib ki, düşmən tərəfdə hər gün qeydə alınan şəxsi heyət və texnika baxımından itkilər və onların sayının durmadan artması Ermənistanda xaotik və anlaşılmayan fəaliyyətlərə də imkan yaradır: "Ermənistanda çox sayda məmur işdən uzaqlaşdırıldı, bir neçəsi barədə cinayət işi də başladıldı. Ermənistan tərəfindən məğlubiyyət artıq qaçılmaz olaraq qəbul edilməkdədir. Buna artıq Qarabağ ərazisinə mülki əhalinin giriş-çıxışına qadağa qoyulması barədə Ermənistan tərəfin qərarını misal göstərmək olar. Ermənistanın xalq ordusu kimi yaratdığı format effektsiz oldu. Ermənistanda orduya tabe olmayan qruplaşmaların fəaliyyəti var idi. Onların da fəaliyyəti artıq Ermənistanı məğlubiyyətdən xilas edə bilmir.
Bir müddət əvvəl Ermənistan 200 minlik ehtiyat qüvvəyə malik olduğunu bəyan etmişdi. Amma münaqişənin ilk ayından Ermənistan rəhbərliyi şəxsi heyət baxımından çatışmazlıqla qarşılaşmasına dair müxtəlif səviyyələrdə həyəcan təbili çalır. Demək, bu bəyanatlar aşkar riyakalıqdan başqa bir şey deyildi. İndi isə Ermənistan müxtəlif ölkələrdə yaşayan erməniləri döyüşə cəlb edir".
Ə.Verdiyev deyib ki, Ermənistan ordusunda şəxsiyyətlə təminatda problem, çatışmazlıqlar artıq sosial şəbəkələrdə də özünü biruzə verib: "Ordunun təminatında, həm şəxsi heyətlə, həm maddi texniki vasitələrlə təchizatda ciddi problemlər var. Sadəcə, Ermənistan gəncləri artıq real vəziyyətlə tanışdır. Onlar Ermənistan hakimiyyətinin isterik arzularını həyata keçirmək üçün özgə torpaqlarında ölmək istəmirlər. Yəni bəziləri ön cəbhəyə getməkdənsə COVİD - 19 virusuna yoluxduğunu iddia edərək ordudan yayınırlar. Ön cəbhəyə silah, texnika və şəxsi heyət göndərilməsində yaranan problemlər, Ermənistandakı iqtisadi, hərbi, siyasi xaos düşmən dövlətin ən uzağı bir həftəyə qədər daha böyük ərazilər itirəcəyindən xəbər verir".