Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Instagram-da daha iki yenilik olacaq: Əlavə funksiyalar gəlir

Instagram-da daha iki yenilik olacaq: Əlavə funksiyalar gəlir

Tarix: 5 Noyabr 2020 19:32

Instagram-a daha iki xüsusiyyət əlavə ediləcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu funksiyalardan biri insanlar arasındakı işbirliyini göstərən haştaq olduğu halda, ikincisi təqib etdiyiniz şəxslərin hekayələrinə emojilə reaksiya verdiyinizdə bunun mesaj kimi getməməsini təmin edəcək.

Tətbiq mühəndisi Alessandro Paluzzi Tvitter hesabında Instagram-ın üzərində çalışdığı yeni xüsusiyyətləri paylaşıb.

A.Paluzzi qeyd edib ki, haştaqlar daha çox marketinq sahəsilə məşğul olanların işinə yarayacaq. Emoji reaksiyası ilə bağlı yenilik isə gərək duyulmayan mesajların qarşısını almaqda yardımçı olacaq.

Onu da əlavə edək ki, bu yeniliklərin bütün istifadəçilər üçün əlçatan olub-olmayacağı dəqiqləşməyib. Belə ki, bəzi funksiyalar yalnız beta versiyada aktivləşdirilir və ümumi istifadəyə verilmir.

Milli.Az


Etiketlər:  Instagram daha yenilik olacaq Əlavə funksiyalar gəlir


RƏYLƏR