Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2020 22:00
Hazırda İtaliyanın "La Republica" qəzetinin jurnalisti Peitro Del Re erməni lobbisinin təhqiramiz hücumuna məruz qalır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də İtaliyanın "La Repubblica" qəzetinə müsahibə vermişdi.
Sonxeber.net bildirir ki, həmin müsahibə "La Republica"da dərc oluunandan sonra ermənilərin, xüsusilə də İtaliyadakı erməni icmasının və diaspor təşkilatlarının mənsublarının aqressiv münasibəti ilə qarşılaşıb.
Sosial şəbəkələrdə Peitro Del Re təhqir olunur, hədələnir, aşağılanır.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev olaya reaksiya verib.
O, "Twitter" hesabında yazıb ki, erməni lobbisi tərəfindən jurnalistlərin təhdid edilməsini, azad mediaya, ifadə azadlığına qarşı bu cür hücumları şiddətlə qınayırıq.
"Biz "Sərhədsiz Reportyorlar"a, ATƏT-in media azadlığı üzrə nümayəndəsinə çağırış edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin obyektiv reallıqlarını işıqlandıran peşəkar jurnalistlərə və mediaya qarşı fiziki, mənəvi təhdidləri, təhqiramiz şəxsi hücumları qınasınlar. İfadə azadlığına hörmət edilməlidir", - deyə Hikmət Hacıyev vurğulayıb.
Xatırladaq ki, ransanın TF1 televiziya kanalında Dağlıq Qarabağdan cəbhə xəttindən yayımlanan eksklüziv reportajda Azərbaycandakı vəziyyət, ordumuzun şücaəti, erməni silahlı qüvvələrinin mülki insanları və infrastrukturu hədəfə alması, Gəncənin yaşayış massivini bombardıman etməsindən bəhs edilib.
F1 televiziya kanalının jurnalisti Liseron Budul cəbhə xəttində olub və əsgərlərimiz ona ermənilərin silah və sursatlarını qoyub qaçdığını söyləyiblər. Azərbaycan ordusunun sona qədər gedəcəyini və torpaqlarımızın hər qarışını azad edəcəyini vurğulayıblar.
Oktyabrın 22-də Fransanın "TF 1" televiziya kanalında yayımlanan "Saat 20" verilişində Dağlıq Qarabağ regionunda döyüşlərin yenidən başlanmasından bəhs edən reportaj yayımlandıqdan sonra jurnalist və böyük reportyor Liseron Budul erməni təxribatına məruz qalıb. Ermənilər sosial şəbəkələr üzərindən reportyorun ünvanına nifrət dolu saysız-hesabsız mesajlar yazıblar. Şəxsi telefonuna da təhdid ismarıcları göndəriblər.
TF1 televiziya kanalında Azərbaycanla bağlı yayımlanan 3 dəqiqəlik reportaj erməni lobbisinə böyük zərbə olub. Erməni lobbisinin üzvləri sosial şəbəkələrdə TF1 televiziya kanalı haqqında təhqiramiz fikirlər, hədələr səsləndiriblər. TF1 kanalının reportajı erməni lobbisinin yaydığı məlumatların saxta olduğunu bir daha üzə çıxardıb.
Erməniləri daim təşvişə salan obyektiv fikrin söylənməsi, əsl həqiqətin dünya ictimaiyyətinə çatdırılmasıdır. Bu səbəbdəndir ki, bu cür doğru məlumatlar onları daha da hiddətləndirir.
Maraqlıdır ki, Fransa hökuməti bu məsələyə münasibət bildirmir. Makron hökumətinin ermənipərəst mövqeyi jurnalisti müdafiə etməyə imkan vermir.