Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2020 10:32
Bakı. Trend:
Qvatemalada “Eta” qasırğası nəticəsində 50-dən çox şəxs həlak olub.
Trend-in məlumatına görə, qasırğa ölkə ərazisində daşqın və torpaq sürüşmələrinə səbəb olub.
Ölkənin 9 əyalətində təbii fəlakət vəziyyəti elan edilib.
Daşqınlar yüzlərlə evin və yolların dağılmasına səbəb olub. Fəlakət zonasında axtarış-xilasetmə işləri aparılır.