Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2020 14:48
Bakı. Elnur Bağışov - Trend:
İranda ötən sutka ərzində 424 nəfər koronavirusdan (COVID-19) ölüb.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 37 409 nəfərə çatıb.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8 864 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 663 800 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 495 nəfərin vəziyyəti ağırdır.
Sadat Lari əlavə edib ki, İranda indiyədək 509 952 nəfər koronavirusdan sağalıb.
Sadat Lari qeyd edib ki, İranın Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtuyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan və Yəzd vilayətləri qırmızı zonalar hesab olunurlar.
İranda indiyədək 5,14 milyondan çox diaqnoz testi həyata keçirilib.