Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yuventus''un prezidenti futbolçuları millinin düşərgəsinə buraxmır

''Yuventus''un prezidenti futbolçuları millinin düşərgəsinə buraxmır

Tarix: 7 Noyabr 2020 12:16

"Yuventus" prezidenti Andrea Anyelli noyabr fasiləsində klub oyunçularını milli komandalara buraxmır.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb. Bildirilib ki, Turin klubu beynəlxalq fasilələri koronavirus pandemiyası dövründə əlavə problemlərin mənbəyi hesab edir. Bundan əlavə, "Yuventus" Çempionlar Liqasında iştirak etdiyindən sıx bir cədvəl futbolçuların zədələnməsi riskini artırır.

Anyelli kimi "Napoli" prezidenti Aurelio De Laurentiisin də futbolçuları milliyə buraxmaq istəmədiyi vurğulanıb.

Xatırladaq ki, oktyabr ayında "Yuventus"un futbolçusu Kriştiano Ronaldonun Portuqaliya millisinin düşərgəsində olduğu zaman keçdiyi koronavirus testi müsbət çıxıb. 35 yaşlı hücumçu 19 gün karantində olub və Çempionlar Liqasında " Barselona" ilə oyunu  (0: 2) buraxıb.


Etiketlər:  Yuventusun prezidenti futbolçuları millinin düşərgəsinə buraxmır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ