Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gün ermənilər antisemitizm hərəkatının öncüllərindən birinə çevriliblər

Bu gün ermənilər antisemitizm hərəkatının öncüllərindən birinə çevriliblər

Tarix: 7 Noyabr 2020 13:09

Cəbhədəki uğursuzluğun nəticəsi olaraq erməni siyasi rəhbərliyinin dünya ictimaiyyətinə verdiyi yalan və yanlış məlumatlar informasiya cəbhəsində də Ermənistanı məğlubiyyətə düçar edib.

Sonxeber.net bildirir ki, bunu Trend-ə siyasi elmlər üzrə fəlsəfə doktoru Nəsrin Süleymanlı deyib.

N.Süleymanlı bildirib ki, erməni siyasi dairələri beynəlxalq təşkilatlara və dünya mediasına qərəzli düşüncələrini çatdırmaqla yanaşı, həm də Azərbaycana tərəf duran ölkələri təhdid etməkdən də çəkinməyiblər:

"Bu absurd ideyaların fonunda, Paşinyan "The Jerusalem Post" nəşrinə müsahibəsində İsraili terrora dəstək verməkdə ittiham edib və hətta Azərbaycan və Türkiyə simasında yəhudi dövlətinə qarşı təhlükə alyansının yarandığını bildirib. İsraili şeytanla əməkdaşlıqda günahlandırmaqla özünü bu xalqa canıyanan biri kimi göstərməyə çalışıb. Ermənistan silahlı qüvvələri baş qərargah rəisinin müşaviri Vladimir Poqosyan isə İsraili 1933-cü il faşist Almaniyası ilə müqayisə etmiş və qisasla hədələmişdir. Görünür, burda Poqosyan məhz Nijdenin faşist idealogiyasına dəstək verdiyini unudubmuş.

İsraili faşist Almaniyasının siyasəti ilə günahlandıran mənfur qonşular faşizmə rəğbət göstərən "Almaniya üçün alternativ" partiyanın nümayəndələrini işğal olunmuş Qarabağa dəvət etdiyini unudaraq gözardı etmişdir. Necə deyərlər, söhbət maraqlardan gedirsə, axar sular da dayanır. Bu gün artıq hər kəsə məlumdur ki, Ermənistan dövləti faşizmi və terrorizmi dəstəkləyir. Heç şübhəsiz ki, siyasi liderin bu cür davranışları da sadəcə erməni millətinə və dövlətinin nüfuzuna xələlə gətirir. Terrorizmi dəstəkləyən ASALA kimi qrupların İsrail dövlətinə qarşı Fələstin təşkilatları ilə iş birliyi içində olması da xüsusi bir məqamdan xəbər verir.

Tarixi məqamlara baxdıqda isə erməni xislətinin necə ikiüzlü olduğunu aydın görə bilirik. Yəhudi ideologiyasını və bu ideologiya ətrafında təşkilatlanmanı onlardan oğurlayan və onlara bənzəməyə çalışan bu millətin nümayəndələri özlüyündə bunu təkzib etməyə çalışmışlar. Hətta yəhudilərə olan nifrətlərini arialılarla semitlərin daimi gedən mübarizəsi kimi göstərməyə çalışmışlar. 1998-ci ildə iqtisadçı İqor Muradyanın "Ermənistanın səsi" qəzetindəki məqaləsində də məhz bu məsələlərə toxunmuş, yəhudilərin Dağlıq Qarabağ münaqişəsində rolu haqqında fikirlər irəli sürmüşdür.

Unutmaq olmaz ki, keçən əsrin əvvəllərində Şaumyanın başçılığı altında azərbacanlılara qarşı aparılan soyqırımı siyasəti bölgədə olan yəhudilərə qarşı da uyğulanmışdır".

N.Süleymanlının sözlərinə görə, eynilə 2002-ci ildə "Milli sistem" kitabında Romen Yepiskoposyan yəhudilərin və türklərin ermənilərin bir nömrəli düşməni olduğunu qeyd etmişdir:

"Hətta müəllif kitabda Holokost-un olmadığına işarə vurmuş, bunun sadəcə ari irqinin nümayəndələrini qaralamaq üçün uydurduqlarını yazmışdır. Bənzər hadisələrə sonra da rast gəlinmişdir. Krımda yəhudilərin osmanlılarla işbirliyi etməkdə və Krımda yaşayan erməniləri əziyyət verməkdə günahlandıran bir çox erməni nümayəndələri üzə çıxmağa başlamışlar.

2004-cü ildə etnik və dini azlıqların məsələlərinə baxan şöbə nümayəndəsi Hranuş Xaratyan yəhudilərin şabat ayinlərində ermənilərə qarşı həddən artıq düşmən tərzi göstərdiyini qeyd edirdi. Xaratyan yəhudiləri anti-xristian hərəkatında günahlandırırdı.

Sonrakı illərdə Ermənistandakı Yəhudi İcması rəhəbəri Robert Koçaryana açıq məktub göndərmiş ölkədə artan antisemitizm məsələlərindən narahatlığını bildirmişdir. Armen Avetssian isə buna cavab olaraq İravunq qəzətində daha da sərt tənqidlə yazı dərc etdirmişdir. Müəllif, yəhudi azlıqların olduğu hər ölkədə suverenitetliyə təhlükə olduğunu bildirmişdir.

Məhz bundan sonra İrevandakı Holokost abidəsi də dəfələrlə vandalizmə uğramış və təhqir edilmişdir.

Bu gün özlərini bütün dünyaya sülhsevər xalq kimi göstərən ermənilər antisemitizm hərəkatının öncüllərindən birinə çevrilmişlər. O da doğrudur ki, bu millətə sadiqlik və doğruluq yad xüsusiyyətdir. İllərdir çiyin-çiyinə yaşadığı millətlərə və dövlətlərə xəyanət edən bu millətin idealogiyası heç şübhəsiz ki, sabah maraqları dairəsində dəyişə də bilər. Artıq bunu Azərbaycanın yanında tərəf tutan dövlətlər də yaxşı başa düşür".


Etiketlər:  gün ermənilər antisemitizm hərəkatının öncüllərindən birinə çevriliblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ