Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2020 15:04
Bakı. Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 9,45 min nəfər koronavirusa (COVID 19) yoluxub.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 673 250 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 506 nəfərin vəziyyəti ağırdır.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 423 nəfər koronavirusdan ölüb. Beləliklə, İranda bu virusdan ölənlərin sayı 37 832 nəfərə çatıb.
İranda indiyədək 515 153 nəfər koronavirusdan sağalıb.
Ölkənin Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtuyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan, Yəzd və Kürdüstan vilayətləri qırmızı zonalar hesab olunurlar.
İndiyədək 5,18 milyondan çox diaqnoz testi həyata keçirilib.