Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bundesliqada yeni rekord

Bundesliqada yeni rekord

Tarix: 8 Noyabr 2020 11:52

"Bavariya"nın futbolçusu David Alaba Almaniya Bundesliqasında yeni rekord müəyyənləşdirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi ölkə çempionatının 7-ci turunda Dortmund "Borussiya"sına 3:2 hesabı ilə qalib gəldikləri matçda buna nail olub. Belə ki Dortmund təmsilçisi üzərində bu qələbə avstriyalı oyunçunun Bundesliqdakı 200-cü qalibiyyəti olub. O, ən az matçda - 272 oyunda bu göstəriciyə çatmaqla Almaniya çempionatında rekord qırıb.

Qeyd edək ki, Alaba yeni müqavilə ilə bağlı razılığa gəlmədiyi "Bavariya"dan ayrıla bilər.

Milli.Az


Etiketlər:  Bundesliqada yeni rekord


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ