Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fuad Qəhrəmanlı, Asif Yusifli və digər 19 nəfər ev dustaqlığına buraxıldı

Fuad Qəhrəmanlı, Asif Yusifli və digər 19 nəfər ev dustaqlığına buraxıldı

Tarix: 16 Noyabr 2020 17:14

Bu gün Səbail rayon məhkəməsində iyulun 14-də Bakıda keçirilən aksiyada təqsirləndirilərək həbs edilən 21- nəfərin barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə dövlət ittihamçısının vəsatətinə baxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Ağamalı Qafarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən 21 nəfərin cəzası ev dustaqlığına dəyişdirilib.

Məhkəmənin qərarı ilə AXCP üzvləri Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim, Ayaz Məhərrəmov, Bəxtiyar İmanov, Baba Süleymanov, Ceyhun Novruzov, İsmayıl Həsənov, Müşviq Quliyev, Telman Seyfullayev, Məhəbbət Nağıyev, Seymur Əhmədov və digər şəxslər ev dustaqlığına buraxılıb.

Milli.Az


Etiketlər:  Fuad Qəhrəmanlı Asif Yusifli digər 19 nəfər ev dustaqlığına buraxıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ