Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şahdəniz'' yatağında qaz və kondensat hasilatı artıb

''Şahdəniz'' yatağında qaz və kondensat hasilatı artıb

Tarix: 16 Noyabr 2020 19:52

Bakı. Ləman Zeynalova - Trend:

2020-ci ilin ilk doqquz ayında "Şahdəniz" qaz yatağının "Şahdəniz Alfa" və Şahdəniz Bravo" platformalarından ümumilikdə təqribən 13,3 milyard standart kubmetr qaz və 2,7 milyon ton (21,6 milyon barel) kondensat hasil olunub.

Trend bu barədə "BP Azerbaijan" şirkətinin hesabatına istinadən məlumat verir.

2019-cu ilin eyni dövrü ərzində 12,2 milyard standart kubmetr qaz və 2,6 milyon ton (21 milyon barel) kondensat hasil olunmuşdu.

Üçüncü rüb ərzində "Şahdəniz" yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib.

"Şahdəniz" yatağında mövcud qurğuların hasilat gücü gündə 56 milyon (ildə 20 milyarddan artıq) standart kubmetrdir.

2020-ci ilin ilk üç rübü ərzində "Şahdəniz" üzrə fəaliyyətlərə 620 milyon dollara yaxın əməliyyat xərcləri və 719 milyon dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz 2" layihəsinə aid olub.


Etiketlər:  Şahdəniz yatağında kondensat hasilatı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ