Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sümüklərin əriməsi, depressiya... - Qazlı içkilərin bitməyən ZƏRƏRLƏRİ

Sümüklərin əriməsi, depressiya... - Qazlı içkilərin bitməyən ZƏRƏRLƏRİ

Tarix: 16 Noyabr 2020 23:30

Süfrələrimizdə tez-tez gördüyümüz, 7-dən 77-ə hərkəsin içdiyi qazlı içkilər irəliləyən zamanlarda ürək xəstəlikləri, erkən doğum riski və böyrək rahatsızlıqları kimi ciddi problemlərə yol aça bilər.

Sonxeber.net bildirir ki, mütəxəssislər xüsusi ilə klimaksdan sonra qadınları diqqətli olmağa səsləyir.

Aparılan araşdırmaya görə, klimaksdan sonrakı müddətdə gündə 2 porsdan çox qazlı içkilər içmək birbaşa sümüklərin əriməsinə və qırılmasına səbəb olur.

Yeniyetməlik dövründə yüksək miqdarda bu içkilərin içilməsi depressiya riskini artımasına aid araşdırma da var. Bu il aparılan başqa bir araşdırmaya görə isə gündə 3 porsdan artıq bu içkiləri içmək yeniyetmələrdə artıq çəki riskini artırır. Bu da insanı depressiyaya aparan amildir. Bu içkini azaltmaqla, depressiya riskinin də azalması sübut olunmuşdur.

Qazlı içkilərin tərkibindəki asid səbəbi ilə diş problemləri, ağız qoxusu kimi hallarla qarşılaşa bilərsiniz.

Ona görə də uşaq yaşından qazlı içkilər yerinə, süd, ayran, təzə sıxılmış meyvə sularından istifadə edin. Hər zaman su içmək çox önəmlidir. Xüsusi ilə də yay aylarında tərləyirik və fərqində olmadan çox su itiririk.

Gündə ən azı 2,5-3 litr su içməyə diqqət edin. Xərçəngə qarşı qorunmaq baxımından, meyvə və tərəvəz istifadəsi də çox önəmlidir. /medicina.az


Etiketlər:  Sümüklərin əriməsi depressiya Qazlı içkilərin bitməyən ZƏRƏRLƏRİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ