Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2020 16:32
Müvafiq qurumlar COVİD-19 peyvəndinin tətbiqi ilə bağlı hazırlıq işlərinə indidən başlamalıdır, bu, vacibdir, yəni tətbiq planı artıq müəyyən edilməlidir. Nəzərə alsaq ki, Azərbaycanda da yoluxanların sayı sürətlə artmaqdadır, bu halda vəziyyətin daha da kritikləşməsinin qaçılmaz olduğunu düşünmək olar.
Artıq dünyanın bir çox ölkələrində COVİD-19-un peyvəndinin tətbiqi ilə bağlı hazırlıq işlərinə başlanılıb. Peyvəndin tətbiqi ilə bağlı müəyyən planlar hazırlanıb.
Bəs Azərbaycanda bu istiqamətdə hansı işlər görülür?
TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) Sonxeber.net-ın sorğusunu cavablandırıb:
"Peyvəndin tətbiqi ilə bağlı koordinasiya qrupunun yaradılması nəzərdə tutulur. Koordinasiya qrupunun yaradılması ilə bağlı Səhiyyə Nazirliyi, UNİCEF TƏBİB, eləcə də ÜST ilə danışıqlar aparılır. Koordinasiya qrupu peyvəndin necə gətiriləcəyi, harada və hansı şəraitdə saxlanacağı, hansı resurslardan istifadə ediləcəyi kimi məsələlərin müzakirəsi və həlli ilə məşğul olacaq".
Təhməz Əsədov