Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2020 18:28
Bakı. Trend:
2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyədən Azərbaycana sement ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 21,31 faiz azalaraq 27,997 milyon dollar təşkil edib.
Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Oktyabr ayında Türkiyə Azərbaycana 2,15 milyon dollar məbləğində sement ixrac edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 55,23 faiz azdır.
2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq 3,088 milyard dollara bərabər olub.
Hesabat dövründə Türkiyənin sement ixracı ümumi ixracın 2,3 faizini təşkil edib.
Son 12 ay ərzində (oktyabr 2019-cu il – oktyabr 2020-ci il) Türkiyə 3,669 milyard dollar məbləğində sement ixrac edib.