Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qələbə münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

Qələbə münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

Tarix: 17 Noyabr 2020 22:18

Argentina Respublikasının İslam Mərkəzinin prezidenti Anibal Baçir Bakir və Baş katibi Hüseyn Ajjardan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Argentina Respublikasının İslam Mərkəzi ölkəmizdəki İslam icması adından Azərbaycanın tarixi ərazilərinin, o cümlədən 30 illik işğal zamanı müxtəlif məscidlərin dağıdıldığı Dağlıq Qarabağın rəmzi Şuşa şəhərinin qaytarılmasına nail olan xalqınızı bu böyük Qələbə münasibətilə təbrik etməkdən qürur hissi duyur.

Biz, həmçinin uca və mərhəmətli Allahdan Azərbaycan şəhidlərinin ruhuna rahatlıq bəxş etməsini, yaxınlarının ağrı və iztirablarını azaltmasını diləyirik.

Qoy, Allah Zati-alinizi hifz etsin və Azərbaycan xalqına sülh, əmin-amanlıq, xoşbəxt və firavan gələcək bəxş etsin!

Dua edirik ki, uca və mərhəmətli Allah Sizə vətənpərvər fəaliyyətinizdə ən parlaq nailiyyətlər qazanmağı nəsib etsin.

Fürsətdən istifadə edərək, Zati-alinizə ən yüksək hörmət və ehtiramımızı çatdırırıq".

X X X

İslam Əməkdaşlıq Təşkilatının 9-cu Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ekmələddin İhsanoğludan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Otuz ilə yaxındır insan hüquqlarının və beynəlxalq hüquq normalarının pozulması ilə davam edən Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalına Sizin müdrik rəhbərliyiniz və Ali Baş Komandanlığınız ilə hökumətinizin və Azərbaycan Ordusunun parlaq Qələbəsi sayəsində son qoyulmasını böyük qürur və sevinc hissi ilə izləyirik.

Hazırda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi və əvvəllər İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 9-cu Baş katibi vəzifəsində olarkən Qarabağda baş verən hadisələri daim yaxından izləmişəm. Həmişə inanmışam ki, gün gələcək, Azərbaycan xalqı doğma torpaqlarını işğaldan azad edəcək. Həmin gün artıq gəlib çatıb.

Mən səmimi-qəlbdən inanıram ki, işğal olunmuş torpaqlarınızı azad etməklə qazandığınız bu qələbə və müvəffəqiyyət müsəlman dünyasındakı digər bənzər problemlərin həllinə nümunə olacaq.

Beynəlxalq forumlarda Azərbaycanın haqq işinin təbliğ edilməsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mühüm rol oynamasından qürur duyuram.

Zati-aliləri, xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edin".


Etiketlər:  Qələbə münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ