Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı müğənni Türkiyədə maska istehsalına başladı

Azərbaycanlı müğənni Türkiyədə maska istehsalına başladı

Tarix: 18 Noyabr 2020 02:35

Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova maska istehsalına başlayıb.

Milli.Az xəbər verir ki, müğənni Günel Zeynalova məkanların birində obyektivlərə tuş gəlib.

Türkiyəli jurnalistlərin suallarını cavablandıran sənətçi Şuşa şəhərinin işğaldan azad olunmasına görə böyük sevinc hissi keçirdiyini bildirib. Zeynalova "Yaxın zamanlarda hər şey normala qayıdacaq. Azərbaycan xalqına böyük konsert verməyi planlaşdırıram" deyə bildirib. Müğənni jurnalistlərə yeni layihəsi haqqında da açıqlama verib.

O qeyd edib ki, bundan sonra maska istehsalına başlayacaq. Üzərində Azərbaycan və Türkiyə bayraqlarının yer aldığı maskalar istehsal edəcək. (publika.az)

Milli.Az


Etiketlər:  Azərbaycanlı müğənni Türkiyədə maska istehsalına başladı


RƏYLƏR