Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2020 04:32
"Dağlıq Qarabağın ürəyi" adlandırılan Şuşanın düşmən tapdağından azad olunması azərbaycanlıların sevincinə sevinc qatır.
Sonxeber.net xəbər verir ki, Türkiyənin "Anadolu" agentliyi Şuşa sakinlərinin evindən reportaj hazırlayıb.
Azərbaycanın müxtəlif bölgələrində yaşayan şuşalılar bir zamanlar məcburi şəkildə tərk etməli olduqları məmləkətlərinin işğaldan azad olunmasını bayram edir.
Şuşa sakini Hamlet Məhərrəmov agentlik müxbirinə Şuşadakı evinin sənədlərini və fotolarını göstərib. O, Şuşanın işğaldan azad edildiyi gün sənədləri saxladığı sandığın ağzını açdığını və əşyaları nəvələrinə göstərdiyini bildirib: "Biz geri qayıdacağımızı bilirdik. Oraya ayaqyalın, iməkləyərək belə gedə bilərəm".
Qeyd edək ki, Azərbaycanın mədəniyyət və tarix beşiyi olan Şuşa 8 may 1992-ci ildə ermənilər tərəfindən işğal olunmuşdu. Şücaətli Azərbaycan Ordusu Şuşanı 8 noyabr 2020-ci il tarixində işğaldan azad edib. (publika.az)