Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Biabırçı məğlubiyyət - İspaniya - Almaniya - 6:0!

Biabırçı məğlubiyyət - İspaniya - Almaniya - 6:0!

Tarix: 18 Noyabr 2020 07:22

UEFA Millətlər Liqasının VI turunda "A" liqasının 4-cü qrupunda yer alan İspaniya yığması Almaniya komandasını qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, oyun İspaniya yığmasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:0. Oyunda qolları Alvaro Morata (17-ci dəqiqə), Ferran Torres (33,44,71-ci dəqiqələr), Rodri (38-ci dəqiqə) bə Mikel Oyarsabal (90-cı dəqiqə).

Qeyd edək ki, İspaniya bu qələbəsindən sonra UEFA Millət Liqasının yarımfinalına yüksəlib.

Qrupun digər oyununda Ukrayna ilə İsveçrə yığmaları üz-üzə gəlməli olsa da, bu görüş koronavirusa görə baş tutmayıb.

A Liqasının 3-cü qrupunda Xorvatiya Portuqaliyaya uduzub, Fransa isə İsveçi məğlub edib.

Qrup mərhələsinə noyabrın 18-də yekun vurulacaq.

UEFA Millətlər Liqası
Qrup mərhələsi

17 noyabr

A liqası, 3-cü qrup

Xorvatiya - Portuqaliya 2:3
Qol: Qol: Kovaçiç, 29; 65 - R.Dias, 52; 90+1. J.Feliks, 61.

Fransa - İsveç 4:2
Qol: Jiru, 17; 59. Pavar, 38. Koman, 90+5 - Klaesson, 5. Kayson, 88.

Fransa - 16, Portuqaliya - 13, Xorvatiya - 3, İsveç - 3.

A liqası, 4-cü qrup

İspaniya - Almaniya 6:0
Qol: Morata, 17. F.Torres, 33; 55; 71. Rodri, 38. Oyarzabal, 89.

İsveçrə - Ukrayna matçı təxirə salınıb

İspaniya - 11, Almaniya - 9, Ukrayna - 6, İsveçrə - 3.

C liqası, 1-ci qrup

Monteneqro - Kipr
Qol: Yovetiç, 14. Bolyeviç, 25; 28. Muqoşa, 60.

Lüksemburq - Azərbaycan 0:0

Monteneqro - 13, Lüksemburq - 10, Azərbaycan - 6, Kipr - 4.

D liqası, 1-ci qrup

Andorra - Latviya 0:5
Qol: Çernomordiys, 6. İkaunieks, 57; 60. Qutkovski, 70-pen. Krollis, 90-pen.

Malta - Farer adaları 1:1
Qol: Guillaumye, 54 - Yonsson, 70.

Farer adaları - 12, Malta - 9, Latviya - 7, Andorra - 2.

D liqası, 2-ci qrup

Cəbəllütariq - Lixtenşteyn 1:1
Qol: Frommelt, 17-öz qapısına - Frik, 44.

Cəbəllütariq - 8, Lixtenşteyn - 5, San Marino - 2.

Milli.Az


Etiketlər:  Biabırçı məğlubiyyət İspaniya Almaniya


RƏYLƏR