Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2020 00:36
Bakı. Trend:
Nikaraquada "Yota" qasırğası nəticəsində ən azı səkkiz nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə EFE agentliyi ölkənin rəsmi mənbələrinə istinadən bildirib.
Məlumata əsasən, ölkənin paytaxtı Manaquada avtomobilin üstünə ağacın düşməsi nəticəsində iki nəfər - sərnişin və sürücü həlak olub.
Daha əvvəl Nikaraqua hakimiyyəti fəlakətdə iki uşaq da daxil olmaqla altı nəfərin öldüyünü təsdiqləyiblər.