Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yasamalda yaşayış binası yanıb, sakinlər təxliyə edilib

Yasamalda yaşayış binası yanıb, sakinlər təxliyə edilib

Tarix: 19 Noyabr 2020 09:18

Bakı. Trend:

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, binanın 3-cü mərtəbəsində ümumi sahəsi 88 kv.m olan mənzildə çarpayı və yataq dəsti yanıb.

Yanğın zamanı 4 nəfər xilas olunub və 9 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Etiketlər:  Yasamalda yaşayış binası yanıb sakinlər təxliyə edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ