Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2020 10:46
Azərbaycan yığmasının Millətlər Liqasının 2022/23 mövsümündəki potensial rəqiblərindən 13-ü bəlli olub.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, millimizin yer alacağı C liqasında mübarizə aparacaq 16 komandadan 14-ü dəqiqləşib.
Bunlardan altısı yeni komandalardır. Slovakiya, Türkiyə, Bolqarıstan və Şimali İrlandiya B liqasından aşağı düşənlərdir.
Cəbəllütariqlə Farer adaları isə D liqasından yüksələnlərdir.
Digər 7 mümkün rəqib isə C liqasında qalan komandalardır: Yunanıstan, Belarus, Lüksemburq, Şimali Makedoniya, Litva, Gürcüstan, Kosovo.
Digər iki yığmanın C liqasında iştirakı isə pley-offda bəlli olacaq. Qrup sonuncusu olan Kipr, Estoniya, Qazaxıstan və Moldova millilərindən ikisi C liqasında qalacaq, ikisi D liqasına yuvarlanacaq.