Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Türkiyə hərbiçilərinin Azərbaycana gəlişi əlamətdar hadisəyə çevriləcək'' - Hərbi ekspert

''Türkiyə hərbiçilərinin Azərbaycana gəlişi əlamətdar hadisəyə çevriləcək'' - Hərbi ekspert

Tarix: 19 Noyabr 2020 16:33

"Azərbaycanla Türkiyə qardaş dövlətdirlər. Bəzən müttəfiq, strateji müttəfiq və digər fikirlər səslənir, amma biz Türkiyə ilə  qardaş dövlətik".

Bunu Sonxeber.net-a açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Ekspert bildirib ki, Türkiyə hərbiçiləri sabah regionda hansısa bir arzuedilməz proses baş verərsə Azərbaycana dəstək olacaq:

"Cəmiyyətimizdə də böyük əksəriyyət Türkiyə hərbçilərinin Azərbaycana gəlməsini istəyir və bu məsələdə Azərbaycanla birgə yaxından həm masada, həm sahada istirak etsin. Türkiyə də bu proseslərdə 30 ildir ki, ən yüksək səviyyədə birmənalı olaraq Azərbaycanın haqq işini müdafiə edir, Ermənistanla sərhəddlərini açmır və Azərbaycana dəstək verir. Rusiya prezidenti də dedi ki, bu Azərbaycanın haqqıdır, Türkiyəylə Azərbaycan müttəfiq dövlətdirlər və Türkiyə hər məsələdə Azərbaycanı dəstəkləyir, bu məsələdə də Azərbaycan müstəqil addım atır. 

Türkiyə hərbiçilərinin Azərbaycana gəlməsi cəmiyyətimizin böyük bir hissəsində bir rahatlıq yaradır ki, sabah işğaldan azad edilən torpaqlarımızda sülhün və əminamanlığın qorunması baxımından, həm də ki, hansısa bir arzuedilməz proses baş verərsə Azərbaycana dəstək olacaq. Türkiyə dövlətinin Silahlı Qüvvələrinin bölgədə olması Azərbaycanın milli maraqlarına tam uyğundur".

E.Həsənli qeyd edib ki, Türkiyə Cənubi Qafqazın üç respublikası ilə sərhəddi olan yeganə ölkədir:

"Hesab edirəm ki, burada dördlü görüşmələr - Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan, eyni zamanda bölgədə sülh yaratmaq prosesində Rusiya ilə Türkiyənin birgə addım atması regionda məsələnin bütünlüklə həllinə gətirib çıxaracaq və Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək, BMT qətnamələri yerinə yetiriləcək. Bu, o baxımdan çox önəmlidir. Türkiyə dünyanın bir çox yerində sülh yaratma proseslərində yaxından iştirak edir. Dünyanın 15 ölkəsində, Avropa, Asiya və Afrika qitələrində hərbiçiləri var. Türkiyə Azərbaycanla da bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlıq edir. Bu, region üçün çox əlamətdar bir hadisəyə çevriləcək, Azərbaycanla Türkiyənin münasibətləri daha da genişlənəcək.

Cənubi Qafqazın üç respublikası - Azərbaycan, Gürcüstan, Ermənistanla yeganə Türkiyə dövlətidir ki, sərhəddi var. Türkiyə hər üç ölkə ilə sərhəddir. 1921-ci ildə bağlanmış Qars müqaviləsində də bu respublikaların yaranmasının təşkilində, tanınmasında Türkiyənin rolu olub. Ona görə də bütün mənalarda, hətta bir çox dövlətlərdən də ən doğal haqq Türkiyənindir ki, Türkiyənin bu dövlətlərlə birbaşa sərhəddləri var, tarixi əlaqələri var. Ona görə də hesab edirəm ki, Türkiyənin burada olması təbiidir, hər kəs bunu anlayışla qəbul etməlidir və Türkiyə hərbiçilərinin Azərbaycana gəlməsi regiona sülh gətirəcək".

Təhməz Əsədov


Etiketlər:  Türkiyə hərbiçilərinin Azərbaycana gəlişi əlamətdar hadisəyə çevriləcək Hərbi ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ