Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2020 17:20
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Məşğulluq" altsisteminə işə götürənlər tərəfindən daxil edilmiş vakansiyalar üzrə işsiz və işaxtaranlara elektron qaydada göndərişlərin verilməsi davam edir.
Nazirlikdən Sonxeber.net-a verilən məlumata görə, bu il altsistem üzərindən 92 min şəxsə iş yerlərinə e-qaydada göndərişlər verilib. Hazırda "Məşğulluq" altsistemində 31 minə yaxın vakansiya mövcuddur.
Xatırladaq ki, işəgötürənlər yeni iş yeri və boşalan iş yeri barədə məlumatları "Məşğulluq haqqında" Qanuna əsasən ən geci 5 iş günü müddətində "Məşğulluq" altsistemindəki vakansiya bankına daxil etməlidirlər. Bununla onlar işçi qüvvəsinə olan tələbatlarının çevik şəkildə ödənilməsinə nail olurlar.
İşsiz və işaxtaranlar isə altsistemə daxil olaraq, peşə və ixtisaslarına uyğun vakansiyalar üzrə operativ şəkildə e-qaydada göndəriş əldə edir, hansısa quruma müraciət etmədən qısa vaxtda və şəffaf şəkildə işlə təmin olunmaq imkanı qazanırlar.