Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2020 10:33
Türkiyə Ağdam rayonunun erməni işğalından azad edilməsini alqışlayır.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Türkiyə hökumətindən bildiriblər.
Qeyd olunub ki, Ağdam rayonunun işğaldan azad edilməsi təkcə Azərbaycan üçün yox, həm də Türkiyə üçün mühüm hadisədir:
"Biz Azərbaycan xalqını uzun illər Ermənistanın işğalında qalmış Ağdamın azad edilməsi münasibətilə təbrik edirik. Türkiyə işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması prosesini diqqətlə izləyir".