Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hazard seçim qarşısında - 7, yoxsa 11?

Hazard seçim qarşısında - 7, yoxsa 11?

Tarix: 7 Iyul 2019 22:36

"Real"ın yeni transferi Eden Hazard hələ də "kral klubu"nda nömrə seçimini etməyib.

Qol.az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, buna səbəb belçikalı yarımmüdafiəçinin "Çelsi"də geyindiyi "10 nömrə"nin Luka Modriçdə olmasıdır. Madridlilər ulduz futbolçuya daha əvvəl Kriştianu Ronaldo, Raul Qonzales və Emilio Butraqenonun geyindiyi 7 nömrəli formanı vermək istəyir. Elə Eden özü də sözügedən nömrəni götürməkdə maraqlıdır.

Hazard üçün digər variant isə 11 nömrədir. Futbolçunun yekunda hansı nömrəni seçəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, "Real"da hazırda 7 nömrəli forma Mariano Diasa, "11" isə Qaret Beylə məxsusdur. Hər iki futbolçunun komandadan ayrılması gündəmdədir.

 


Etiketlər:  Hazard seçim qarşısında yoxsa


RƏYLƏR