Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İşğaldan azad olunan ərazilərdə qurulacaq məktəblərdə müasir texnologiyalar tətbiq ediləcək

İşğaldan azad olunan ərazilərdə qurulacaq məktəblərdə müasir texnologiyalar tətbiq ediləcək

Tarix: 20 Noyabr 2020 17:39

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil naziri Emin Əmrullayev "Microsoft" korporasiyasının vitse-prezidenti Anthony Salcito və korporasiyanın Avropa üzrə regional təmsilçiləri ilə işğaldan azad olunmuş ərazilərdə yeni qurulacaq təhsil müəssisələrində müasir texnologiyaların tətbiqi məsələsini müzakirə edib.

Trend-in məlumatına görə, E.Əmrullayev "Microsoft" korporasiyasının təmsilçiləri ilə videokonfrans zamanı Azərbaycanda qısa müddət ərzində yaradılmış və ölkədə ən iri milli onlayn platforma olan “Virtual məktəb” layihəsinin uğurlu nəticələri, layihə çərçivəsində əməkdaşlığın genişləndirilməsi və sistemdə toplanılan məlumatlar əsasında təhsil sahəsində qərarvermənin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Azərbaycanın distant təhsil sahəsində təcrübəsinin digər ölkələrlə bölüşülməsi də müzakirə mövzusu olub.

Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə yeni qurulacaq təhsil müəssisələrində müasir texnologiyaların tətbiqi, “Microsoft” məzmunun müəllimlərin ixtisasartırılması və hazırlanmasında tətbiqi, süni intellekt və bulud texnologiyalarının tətbiqi, valideynlər üçün distant təhsil üzrə təlimlərin təşkili, “Microsoft” lisenziyalaşdırması üzrə növbəti illərdə şirkətlə əməkdaşlıq mövzuları müzakirə olunub.


Etiketlər:  İşğaldan azad olunan ərazilərdə qurulacaq məktəblərdə müasir texnologiyalar tətbiq ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ