Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2020 07:40
Bakı. Trend:
Naməlum ABŞ-ın Viskonsin ştatının Uovatosa şəhərində yerləşən ticarət mərkəzində atəş açıb.
Trend-in məlumatına görə, bu barədə yerli polis idarəsi "Twitter" səhifəsində yazıb.
Məlumata əsasən, hadisə nəticəsində 8 nəfər yaralanıb. Bütün yaralananlar xəstəxanaya yerləşdirilib.
Atəş açan şəxsin kimliyi hələ müəyyənləşdirilməyib. Polis gələndə o hadisə yerindən qaçmışdı. Onun barəsində axtarış elan olunub.