Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2020 08:36
Kardiogen şok kəskin ürək çatışmazlığının əsas forması olub, ürək fəaliyyətinin aşağı düşməsi və həyati vacib orqanlara qanın axınının azalması nəticəsində baş verir. Kardiogen şok ürək əzələsinin ciddi ağırlaşmaları ilə özünü göstərən bir xəstəlikdir.
Kardiogen şok adətən miokard infarktının birinci saatlarında başlayır, amma 2-3 gündən sonra üzə çıxır. Şokun baş verməsinə miokard infarktının təkrar baş verməsi də səbəb ola bilər.
Xəstəliyin kliniki şəkli xəstənin ümumi vəziyyətinin ağırlığı ilə xarakterizə olunur. Xəstədə kəskin zəiflik, süstlük, tormazlanma, ətraf mühitə zəif reaksiya, hərdən huşun pozulması halları müşayət olunur. Xəstənin üz cizgiləri sivri, dəri örtüyü solğun və zəif sianozlu olur. Dəri soyuq yapışqan tərlə örtülü olur. Böyrəklərin fəaliyyətinin enməsi səbəbindən xəstə sidiyini saxlaya bilmir. Kardiogen şokun 4 forması var:
1. Həqiqi kardiogen şok
2. Reflektor şok
3. Areaktiv şok
4. Aritmik şok
Kardiogen şokların ümumi əlamətləri:
* sistolik təzyiqin enməsi
* nəbz təzyiqinin enməsi
* anuriya
Diaqnoz: Xəstəliyin əlamətlərinə və EKQ-nin nəticələrinə görə müəyyənləşdirilir.
Müalicədə ümumi ağrısızlaşmadan, oksigenoterapiya, trombolik terapiya, inotrop dərmanlardan istifadə edilir. Cərrahi müdaxilə tətbiq olunur.