Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda baş verən yol qəzalarının əsas səbəbləri məlum olub

Azərbaycanda baş verən yol qəzalarının əsas səbəbləri məlum olub

Tarix: 21 Noyabr 2020 11:40

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbləri açıqlanıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bütün yol-nəqliyyat hadisələrinin 41,6 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,1 faizi bir neçə nəqliyyat vasitəsinin, 24,3 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 81,3 faizini, yaralananların isə 75,3 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 17 hadisə baş verib, nəticədə 10 nəfər həlak olub, 14 nəfər yaralanıb. Hadisələrin 82,4 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Ümumilikdə qeyd olunan müddət ərzində Azərbaycanda 1145 və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz az yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,0 faiz azalaraq 1527 nəfər olub. Onlardan 504-ü həlak olub, 1023-ü isə yaralanıb.


Etiketlər:  Azərbaycanda baş verən qəzalarının əsas səbəbləri məlum olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ