Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2020 17:27
Biz Fizuli şəhərinin Ermənistan tərəfindən dağıdılmış Mədəniyyət Mərkəzinin binası qarşısındayıq. Musiqinin köməyi ilə dünyaya sülh və dözümlülük müraciəti edirik. Kabus şəhəri Füzuli tezliklə çiçəklənmə və xoşbəxtlik şəhəri olacaq.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə xarici diplomatlarla, hərbi attaşelərlə Füzuli rayonuna səfər edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün Tvitter-dəki səhifəsində bildirib.
Qeyd edək ki, Azərbaycandakı diplomatik korpusun nümayəndələri, o cümlədən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Ermənistanın işğalından azad olunmuş Füzuli şəhərinə səfər ediblər.
Səfərin məqsədi diplomatları və hərbi attaşeləri Füzuli şəhərində Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər, cinayət izləri ilə tanış etməkdir.