Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2020 13:26
COVİD19 virus infeksiyasıdır! Virusa təsir edən effektiv antivirus preparatı hələ ki yoxdur.
Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov Sonxeber.net-a açıqlamasında deyib.
Şöbə müdiri bildirib ki, antibiotiklərdən istifadə zamanı mütləq həkimlə məsləhət edilməlidir:
"Antibiotiklər bakteriyalara qarşı təsirə malikdir, virusa qarşı effekti yoxdur. İndiyədək bütün tədqiqatlar göstərib ki, COVİD19 pasientlərində ikincili bakterial infeksiyalar cəmi 7-13% hallarda rast gəlinir. Böyük əksəriyyəti də reanimasiyada olan pasientlərdə, az bir qismi isə immun çatışmazlığı olanlarda qeyd edilir.
Antibiotiklərin lazımsız yerə istifadəsində ciddi fəsadlar yaranır:
- qaraciyər və böyrəyi zədələyir
- hərarətin qalxmasına səbəb olur
- sağlam, qoruyucu mikrofloranı məhv edir
- xəstəxanaya yerləşdiriləndə daha ağır antibiotiklərin tətbiqinə səbəb olur ki, bunlar da orqanları daha da zədələyir
- orta və uzunmüddətli dönəmdə antibiotiklərə davamiyyət yaradır. Bu o deməkdir ki, yaranan və əhali arasında yayılan mikroblara artıq həmin antibiotiklər təsir göstərmir.
COVİD19 hallarında - yüngül və orta ağır xəstələrdə - antibiotiklər istifadə etməsinlər, həkimlə məsləhətləşsinlər".
Təhməz Əsədov