Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qərb Paşinyan hakimiyyətini qorumaq üçün onun daxildəki cinayətlərinə susur''

''Qərb Paşinyan hakimiyyətini qorumaq üçün onun daxildəki cinayətlərinə susur''

Tarix: 24 Noyabr 2020 15:09

"Nikol Paşinyan Dağlıq Qarabağ cəbhəsində Azərbaycan Ordusu tərəfindən ağır məğlubiyyətə düçar ediləndən sonra məğlubiyyətin əvvəlcə qisasını dinc azərbaycanlılardan almağa çalışsa da, o, bu istiqamətdə də ciddi uğursuzluqla üzləşdi".

Bunu Sonxeber.net-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, Paşinyan Azərbaycana ağır məğlubiyyətin qisasını xalqından alır:

"Paşinyanın Gəncədə, Bərdədə və digər şəhər və rayonlarda həyata keçirdiyi qisas əməliyyatları sonda onun özünə qarşı beynəlxalq miqyasda pis bir imicin yaranmasına səbəb oldu. Bunun ardınca Paşinyan Azərbaycana ağır hərbi məğlubiyyətinin qisasını indi faktiki olaraq öz xalqından almağa başlayıb. Çünki onun müharibədə məğlubiyyəti və hakimiyyətə gələndə cəmiyyətə verdiyi vədləri yerinə yetirə bilməməsi nəticədə erməni cəmiyyətini ona qarşı köklüyüb. Erməni cəmiyyəti haqlı olaraq Paşinyandan həm verdiyi sözləri yerinə yetirməməsinin, həm də müharibədə Azərbaycana məğlub olmasının hesabını soruşmağa başlayıb. Bu, sonda onun hakimiyyəti üçün təhlükə olduğuna görə hakimiyyətini qorumaq məqsədilə indi öz xalqına qarşı bütün repressiv və təzyiq üsullarından istifadə edir. Paşinyanın öz xalqına qarşı tətbiq etdiyi bu qisas və repressiya əməliyyatları klassik avtoritar rejimlərin təbiətindən doğan bir davranışdır. Paşinyan başqa bir davranış sərgiləyə də bilməz. Çünki açıq, demokratik və şəffaf dioloqla cəmiyyətlə münasibətlər qursa, bu sonda onun hakimiyyətdən gedişini sürətləndirə bilər. Ona görə də repressiv üsullarla xalqı susdurmaq, hakimiyyətini uzatmaq istəyir".

A.Quliyev qeyd edib ki, Paşinyan Qərbin öz layihəsidir:

"Ermənistandakı mövcud şəraitdə Qərbin institutlarının Paşinyanın bu davranışlarına susması həqiqətən düşündürücüdür, amma təsadüfü deyil. Bu, bir başa onun nəticəsidir ki, əvvəla beynəlxalq dairələr Ermənistana və onun mövcud rejiminin siyasətinə həmişə ikili standartla yanaşıblar. Bunu vəziyyət də göstərir ki, Paşinyanın ölkədə vətəndaşlarına qarşı etdiklərinin yüzdə biri əgər Azərbaycanda olsaydı Azərbaycan hakimiyyətinə qarşı Qərbin rəsmi dairələrinin və institutlarının təzyiqləri daha güclü və intensiv olardı. Bir sözlə, Paşinyan rejiminə Qərbdən həmişə ikili standart yanaşma olub, biz bunu indi də görürük. Digər tərəfdən isə Paşinyan Qərbin müəyyən rəsmi və qeyri-rəsmi dairələrinin Qafqazda yaratdıqları bir layihə olduqları üçün bütün hallarda onu müdafiə etməyə və müharibədəki məğlubiyyətin onun hakimiyyətinin süqutuna səbəb olmamasına çalışırlar. Dəqiq desək, Paşinyan bu gün Qərbin öz layihəsi olduğuna görə hakimiyyətdə müəyyən qədər qalmasına və öz hakimiyyət dövrünü yaşamasına çalışırlar. Ona görə ki, Paşinyan onların bu bölgədə demokratiya adı altında yerləşdirdikləri bir bombadır. O mənada ki, bundan sonra Ermənistanın daxili siyasətinə, eləcə də eyni ssenarini regionun başqa ölkələrinə də tətbiq etmək haqqında düşünürlər. Bu istiqamətdə uğur qazanmaq üçün onların planlarına görə, Paşinyan hakimiyyəti sona qədər müdafiə olunmalıdır. Buna görə də Qərb dairələrinin Paşinyana sükut mövqeyi fikrimcə, uzun müddət davam edəcək. Heç olmasa o mənada ki, Qərbin münasibətinin, reaksiyasının Paşinyan hakimiyyəti üçün ciddi bir təhlükə yarada biləcəyinə onlar qəti şəkildə yol vermək istəmirlər. Ona görə, Paşinyan hakimiyyətini qorumaq üçün onun daxildəki cinayətlərinə susurlar". 

Təhməz Əsədov


Etiketlər:  Qərb Paşinyan hakimiyyətini qorumaq üçün onun daxildəki cinayətlərinə susur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ