Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qlobal smartfonlar bazarının həcmi ildə 11% artacaq

Qlobal smartfonlar bazarının həcmi ildə 11%  artacaq

Tarix: 25 Noyabr 2020 10:03

2019-cu ildə qlobal smartfonlar bazarının həcmi 714,96 milyard dollar olub. “Orion Market Reports” tədqiqat şirkətinin proqnozuna görə, 2025-ci ilədək bu göstərici 1,35 trilyon dollaradək artacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislərin fikrincə, qlobal miqyasda smartfonların satış həcmi ildə orta hesabla 11% artacaq.

 

Analitiklər “Samsung Electronics” şirkətini ən böyük smartfon istehsalçısı adlandırıblar. Onların məlumatına görə, ikinci yerdə “Apple” şirkəti, üçüncü yerdə isə “Huawei Technologies” şirkəti qərarlaşıb. Həmçinin ilk beşlikdə “Xiaomi” və “Vivo” şirkətləri yerləşiblər.

 

Analitiklərin proqnozuna görə, 2020-ci ildə qlobal smartfon satışlarının həcmi 422,4 milyard dollar təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 7,9% azdır, qurğu tədarükünün təxminən 73%-i isə qiyməti 400 dollaradək olan aparatların payına düşəcək. İstehlakçılar çox vaxt aşağı və ya orta qiymət kateqoriyasına uyğun qurğular satın alırlar, çünki pandemiya və iqtisadi qeyri-müəyyənlik şəraitində daha vacib şeylərə pul xərcləməyə məcburdurlar.

 

Emil Hüseynov




Etiketlər:  Qlobal smartfonlar bazarının həcmi ildə artacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ