Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2020 11:45
Bu gün işğaldan azad edilən Kəlbəcər rayonuna ilk ayaq basan əsgərlər sevinclərini bölüşüblər.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Kəlbəcərə yola düşən əsgərlər deyiblər ki, sevindiklərindən səhərə qədər yatmayıblar.
Gecə saatlarından başlayaraq Azərbaycan ordusunun hərbi texnikası və canlı qüvvəsi Kəlbəcər rayonu ərazisinə yerləşdirilib.
Müdafiə Nazirliyinin sözçüsü, polkovnik Vaqif Dərgahlı bildirib ki, Azərbaycan ordusunun bölmələri iki istiqamətdən - Göygöl və Daşkəsən rayonu ərazisindən Kəlbəcərə daxil olaraq öz mövqelərini tutacaqlar.