Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2020 18:12
Türkiyənin "Dənizlispor" klubu baş məşqçisi Robert Prosineçkini istefaya göndərib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda xorvat mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib.
Mövsümün əvvəlində Türkiyə klubuna baş məşqçi təyin olunan Prosineçki 2014-2017-ci illər aralığında Azərbaycan milli komandasını çalışdırıb.