Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2020 20:15
Qədim yurd yerimiz Kəlbəcər azadlığının ilk gününü yaşayır. Zəngilanda, Qubadlıda, Füzulidə və digər torpaqlarımızda qəhrəman əsgərimizin zəfər yürüşlərindən təşvişə düşən işğalçılar Azərbaycan Ordusu hələ Kəlbəcərə girmədən öncə qaçıb getdilər.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
Deputat bildirib ki, erməni quldurlar onlara tərəf bir atəş açılmadan ərazini tərk etsələr də bu, Kəlbəcərin sülh yolu ilə boşalması demək deyil:
"Biz onlara sülh şəraitində torpaqlarımızdan çəkilmək üçün şərait yaratdıq, onlar isə yenə də müharibə ilə getdilər. Ordumuza qarşı savaşdan qorxub qaçan ermənilər Kəlbəcərdə qalmış torpağımızla, əmlakımızla, təbiətimizlə müharibə etdilər. 27 il öncə oğurladıqları torpaqlarımızdan çəkilməzdən əvvəl binalarımızı, yollarımızı, tarixi-mədəni abidələrinizi dağıtdılar, evlərimizə və meşələrimizə od vurdular. Özlərinə məxsus olan unitazı belə səliqə-sahmanla büküb aparsalar da bizə məxsus olan hər şeyi xüsusi amansızlıqla məhv edərək getdilər.
Bununla da sivil dünyaya qarşı əsrlər boyu ürəklərində gəzdirdikləri nifrəti bütün dünyaya nümayiş etdirdilər. Erməni qəbiləsinin üzvləri özləri də istəmədən yaşadıqları çağdaş dünyaya - XXI əsrin humanist vətəndaşlıq cəmiyyətinə uyğunlaşa bilmədiklərini göstərdilər. Onlar bunu qəlblərinin çağırışı və beyinlərinin hökmü ilə etdilər, erməni qəlbinin və şüurunun nəyə qadir olduğunu bütün dünyaya sərgilədilər".
Deputatın sözlərinə görə, ibtidai şüur instinktindən irəli gələn qorxu, nifrət, düşmənçilik və dağıdıcılıq hisslərinin nümayişi əsrlər boyu erməni xislətinə xas olan milli aşağılıq kompleksinin təzahürüdür:
"Dünyanın dörd bir tərəfinə yayılıb bütün sivilizasiyaların nümayəndələri ilə təmasda olsalar da onlar dünyanın heç bir yerində özlərini rahat və təhlükəsiz hiss edə bilmirlər. Kompakt şəkildə yaşadıqları bütün ərazilərdən gec-tez qovulan ermənilər əsrlər boyu öz qəbilələri üçün daimi torpaq axtarışındadırlar. Ermənilərin qavrayışına görə bütün millətlər və xalqlar onların düşmənləridir və ona görə də heç bir xalqın nümayəndələri ilə onların birgə yaşaması mümkün deyil. Keçmiş Azərbaycan vətəndaşı, qatı cinayətkar Robert Koçaryanın "ermənilərlə Azərbaycanlılar birgə yaşaya bilməzlər, çünki onların arasında genetik uyğunsuzluq var" kimi sərsəm mülahizəsi də məhz bu faşist qavrayışının məhsuludur.
Erməni cəmiyyətinin çobanından ziyalısına qədər, süpürgəçisindən prezidentinə qədər bütün üzvləri tarix boyu başlarına gələn bəlalarda Yer üzündə xoşbəxt yaşayanların hamısını günahkar hesab edirlər. Amma heç biri özlərinin günahkar olması ehtimalını ağlına belə gətirmir. Ermənilər anlamırlar ki, belə bir dünyagörüşü ilə heç bir millətin və xalqın ermənilərlə birgə yaşaması sadəcə mümkün deyil. Odur ki, bu gün Ermənistan adlanan qədim türk torpaqları yalnız ermənilərdən ibarət mono-etnik bir cəmiyyətə ev sahibliyi edir. Obyektiv düşünmək, baş verənləri doğru-düzgün təhlil etmək və başlarına gələnlərdən nəticə çıxarmaq əvəzinə özgələri günahlandırmaq səmərəli yanaşma deyil. Bunu hamı bilir, amma heç kim bu həqiqəti ermənilərə anlatmaq gücündə deyil.
Ürəklərində bəsləyərək yaşatdıqları nifrət və beyinlərində yuva salmış düşmənçilik onları həyat həqiqətlərini dərk etməkdən məhrum edib.
Həqiqət isə ondan ibarətdir ki, nə bu gün, nə də gələcəkdə ermənilərin günahkar axtarışı heç bir nəticə verməyəcək. Azərbaycan Ordusunun onlara verdiyi dərs Ermənistanın öz rolunu dərk etməsi və sivil dünya birliyində özünün düzgün yolunu və yerini axtarıb tapması üçün növbəti bir fürsətdir. Erməni qəbiləsi bu fürsəti layiqincə dəyərləndirib düzgün çıxış yolu tapmasa yaşadığımız yüzilliyin sonuna qədər onların şüurlu canlıların bir növü kimi təbii şəkildə Yer üzündən silinib yoxa çıxması qaçılmaz olacaq".